Bakıda Böyük Britaniyanın hərbi orkestrinin nümunəvi çıxışı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Böyük Britaniyanın hərbi orkestrinin nümunəvi çıxışı olub – FOTO

16:38 - 12 / 06 / 2017
Bakıda Böyük Britaniyanın hərbi orkestrinin nümunəvi çıxışı olub – FOTO

İyunun 12-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Böyük Britaniya və Şimali İrlandiyanın Kral Ordusunun “Salamanka” və Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin birgə nümunəvi çıxışı olub.

1news.az-ın Müdafiə Nazirliynə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən təşkil olunan orkestrlərin çıxışlarını Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts, hərbi attaşesi polkovnik-leytenant Deyvid Ethelli, TTM-in, həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti izləyiblər.

Hərbi orkestrlərin ifasında Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar, həmçinin müxtəlif ölkələrin hərbi marşları səsləndirilib. Musiqi ifası zamanı hərbi orkestrlər hərəkətdə yerdəyişmənin fənd və üsullarını da məharətlə nümayiş etdiriblər.

Ölkəmizə səfəri çərçivəsində Birləşmiş Krallığın hərbi orkestrinin Müslüm Maqomayev adına Dövlət Filarmoniyası və Fəvvarələr Meydanında açıq səma altında da konsert və birgə nümunəvi çıxışları təşkil ediləcək.

Babək Cahandarov

Paylaş:
610

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər