Nalbandyan: Rusiyanın Qarabağ münaqişəsində sülhməramlı səylərini yüksək qiymətləndiririk | 1news.az | Xəbərlər
Siyasət

Nalbandyan: Rusiyanın Qarabağ münaqişəsində sülhməramlı səylərini yüksək qiymətləndiririk

12:42 - 12 / 06 / 2017
 Nalbandyan: Rusiyanın Qarabağ münaqişəsində sülhməramlı səylərini yüksək qiymətləndiririk

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində Rusiyanın səylərini yüksək qiymətləndirir.

1news.az “news.am”a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

Onun sözlərinə görə, Rusiyanın sayəsində 1994-cü ilin may ayında atəşkəs haqqında müddətsiz razılaşma imzalandı:

"Bu isə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlara başlmağa imkan yaratdı. Rəsmi İrəvan Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi sülhyaratma səylərini yüksək qiymətləndirir".

Pərvanə Sultanova

 

 

Paylaş:
667

Son xəbərlər

Bütün xəbərlər