Eurosport: “Tour d’Azerbaïdjan-2017” ilin ən uğurlu layihələrindən biridir | 1news.az | Xəbərlər
İdman

Eurosport: “Tour d’Azerbaïdjan-2017” ilin ən uğurlu layihələrindən biridir

18:32 - 13 / 06 / 2017
Eurosport: “Tour d’Azerbaïdjan-2017” ilin ən uğurlu layihələrindən biridir

Avropanın nüfuzlu idman kanalı “Eurosport” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2017” veloturu ilə bağlı statistik məlumatları açıqlayıb.

1news.az-ın məlumatına görə, açıqlanan hesabata əsasən, turun icmallarını aktiv şəkildə izləyən tamşaçıların sayı 16 milyona yaxın olub. Ümumilikdə isə “Eurosport” kanalına baxan 34,2 milyon tamaşaçı “Tour d’Azerbaïdjan-2017” ilə bağlı bu kanalda gedən anonslar, yayımlar və süjetlər vasitəsilə yarış haqda məlumatlar alıb. Diqqət çəkən əsas məqam veloturun 4-cü mərhələsinə digər yarış günləri ilə müqayisədə marağın daha çox olmasıdır. Əvvəlcədən də gözlənildiyi kimi, Ağsu dolaylarının marşruta əlavə edilməsi həm yarışın gedişinə, həm də izləmə sayına müsbət təsir göstərib.

“Eurosport” kanalının rəsmi internet səhifəsində yarışla bağlı məlumatları izləyənlərin sayı 1 milyonu keçib. Xüsusən, “Tour d’Azerbaïdjan-2017”ni izləmək üçün 5 səbəb” adlı yazıya fransız və ispan dilli oxucular təfərindən böyük maraq göstərilib.

Yeri gəlmişkən, iyunun 15-i, Bakı vaxtı ilə saat 18:30-da “Eurosport 1” kanalında yarışla bağlı daha bir süjet efirə veriləcək və bu tamaşaçı sayının bir qədər də artacağı anlamına gəlir.

“Eurosport” kanalı Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2017” veloturunu ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirir və konkret rəqəmlər də yarışa olan böyük marağın təzahürüdür.

Xatırladaq ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan yarışda 18 ölkədən 22 komanda mübarizə aparıb ki, onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektiv olub.

5 gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazilərindən keçməklə ümumilikdə 836 km məsafə qət ediblər.

Babək Cahandarov

Paylaş:
946

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər