İsa Qəmbər, Arif Hacılı və Gülağa Aslanlı Baş Prokurorluğa çağırılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

İsa Qəmbər, Arif Hacılı və Gülağa Aslanlı Baş Prokurorluğa çağırılıblar

17:31 - 14 / 06 / 2017
İsa Qəmbər, Arif Hacılı və Gülağa Aslanlı Baş Prokurorluğa çağırılıblar

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıblar.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, onları idarənin  mühüm işlər üzrə müstəntiqi Əli Babayev qəbul edəcək.

İ.Qəmbərin, A.Hacılının və G.Aslanlının Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılması bir müddət əvvəl həbs edilən Əfqan Muxtarlının cinayət işi ilə əlaqədardır.

Babək Cahandarov

Paylaş:
1162

Son xəbərlər

Bütün xəbərlər