Şəmkirdə avtomobil 11 yaşlı uşağı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə avtomobil 11 yaşlı uşağı vuraraq öldürüb

21:55 - 14 / 06 / 2017
Şəmkirdə avtomobil 11 yaşlı uşağı vuraraq öldürüb

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

 1news.az  Apa-ya istinadla xəbər verir ki, hadisə Seyfəli kəndində qeydə alınıb.

 1992-ci il təvəllüdlü Suliddin Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil kənd sakini, 2006-cı il təvəllüdlü Taleh Şərifovu vurub.

 Hadisə nəticəsində ağır xəsarət alan 11 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

 Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

1news.az 

Paylaş:
1209

Son xəbərlər

Bütün xəbərlər