Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrlərinin deportasiya məsələsini BMT TŞ qarşısında qaldırması çox faydalıdır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrlərinin deportasiya məsələsini BMT TŞ qarşısında qaldırması çox faydalıdır

10:10 - 14 / 06 / 2017
Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrlərinin deportasiya məsələsini BMT TŞ qarşısında qaldırması çox faydalıdır

Ermənistan prezidenti S.Sərkisyan Tavuş rayonun Koxb kəndində Tumo məktəbinin təməlinin qoyulma mərasimində iştirak zamanı diqqət çəkən bəyanat verdi: Bu məktəbdə Azərbaycan və Gürcüstan vətəndaşları da təhsil ala bilərlər. S.Sərkisyan bəyanatının sonunda ritorik sual da verdi: Niyə də yox?!

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Sərkisyan Tavuş rayonun Koxb kəndində Tumo məktəbinin təməlinin qoyulma mərasimində çıxışı ilə bağlı xəbəri şərh edərkən bildirib:

“Tavuş rayonunun bu Koxb kəndi həm Azərbaycan, həm  də Gürcüstanla sərhəd ərazidə yerləşir. Amma S.Sərkisyanın belə bəyanatının kökündə təkcə coğrafi məsələ dayanmır. Görünür, ATƏT MQ həmsədrləri Ermənistan SSR-dən deportasiya olunmuş azərbaycanlıların və Azərbaycan SSR-i tərk etmiş ermənilərin geri qaytarılması məsələsini aktuallaşdırırlar. Prezident S.Sərkisyan real mahiyyətdən yayınmaq üçün yalançı ümid yaradır;

Guya, S.Sərkisyan hətta azərbaycanlıların gəlib Ermənistan məktəblərində təhsil almasının tərəfdarıdır. S.Sərkisyanın bu bəyanatından cəmi iki gün sonra Ermənistan parlamentinin deputatı Nairi Zöhrabyan həyəcan çağırışı etdi ki, Baqrataşendə vəziyyət gərgindir. Baqrataşen Gürcüstan və Ermənistan arasında yerləşən sərhəd-gömrük nəzarət məntəqəsidir. Zöhrabyanın fikrincə, oradan hətta yarım kiloqram meyvənin keçirməsinə icazə vermirlər. Azərbaycanın alma ordusu hal-hazırda Ermənistanda yəqin ki, maddi cəhətdən mövcud deyil, amma görünür virtual baxımdan fəaliyyətdədir və öz işini görür.

Azərbaycanın almasına görə öz əhalisini bu qədər incidən S.Sərkisyanın azərbaycanlıların Ermənistanda təhsil almasına müsbət münasibət bildirməsi qeyri-ciddi məsələdir. Eləcə də bu həmin S.Sərkisyandır ki, Dağlıq Qarabağ azərbaycanlıları ilə Dağlıq Qarabağ ermənilərinin görüşünə qadağa qoyub. Eləcə də S.Sərkisyan bilir ki, Ermənistandan qovulmuş azərbaycanlılarla Azərbaycanı tərk etmiş ermənilərin də dialoqu sonda onun üçün yaxşı heç bir şey vəd verməyəcək. O da nəzərə alınmalıdır ki, Yenilənmiş Madrid Prinsiplərinin V maddəsinin tələbinə görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün  düşmüş bütün şəxslər ilkin yaşayış məskənlərinə qayıtmalıdır”.

Politoloqun fikrincə, S.Sərkisyanın bu bəyanatını ATƏT-in Minsk Qrupunun gördüyü işin nəticəsinə verdiyi reaksiya kimi başa düşmək olar. Ona görə həmsədrlər Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan və Ermənistan arasında yaranmış qaçqın ordusunun problemlərinin həlli istiqamətində işlərini təkmilləşdirsələr daha faydalı ola bilər.

“Ermənistan SSR ilə Azərbaycan SSR arasında 1987-1988-ci illərdə yaranmış qaçqın məsələsini diqqətlə öyrənməli və bunu BMT Təhlükəsizlik Şurası qarşısında qaldırmalıdır. Beynəlxalq hüquqda, yurisprudensiyada bir qrup məsələlərə yumşalma və yaxud digər güzəştlər tətbiq edilmir. Deportasiya belə cinayətlərdəndir.

Ona görə ATƏT-in Minsk Qrupunun həmsədrləri deportasiyaya dözümlü münasibətlərini arxa plana keçirməli və bu məsələ üzrə konkret fəaliyyətə başlamalıdırlar. Bu nəhayət ki,  S.Sərkisyanın prezidentliyinin qalan 10 ayı müddətində daha konstruktiv addım atmasına şərait yarada bilər”.

S.Xankişiyeva

Paylaş:
758

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər