Oqtay Həziyev “Əmək” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Oqtay Həziyev “Əmək” ordeni ilə təltif edilib

12:46 - 14 / 06 / 2017
Oqtay Həziyev “Əmək” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev  O.Ə.Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.

S.Xankişiyeva

Paylaş:
1312

Son xəbərlər

Bütün xəbərlər