Mühəndis istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mühəndis istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib – FOTO

16:10 - 15 / 06 / 2017
Mühəndis istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib – FOTO

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimi keçirilib.

1news.az-ın məlumatına görə, təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.

Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.

Babək Cahandarov

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər