Sərhədçilər Milli Qurtuluş Gününü qeyd ediblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhədçilər Milli Qurtuluş Gününü qeyd ediblər – FOTO

17:06 - 15 / 06 / 2017
Sərhədçilər Milli Qurtuluş Gününü qeyd ediblər – FOTO

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissələrində təntənəli tədbirlər keçirilir, şəxsi heyətə ulu öndər Heydər Əliyevin xalqımızı vətəndaş müharibəsindən, dövlətimizi məhv olmaq təhlükəsindən xilas etməsi, Аzərbаycаn dövlətinin yaranmasında, müstəqilliyimizin qorunub saxlanılmasındakı müstəsna xidmətləri barədə ətraflı məlumatlar verilir.

1news.az-ın DSX-nin mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, iyunun 14-də Xidmətin Sahil Mühafizəsində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının rəsmiləri iştirak ediblər. Əvvəlcə qonaqlar Heydər Əliyev İdeoloji Mərkəzi ilə tanış olub, ulu öndərin həyat və fəaliyyəti barədə məlumatlar alıblar.

Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə ötən əsrin 90-cı illərində rеspublikamızın ictimai-siyasi həyatında baş vеrən hadisələri gеniş təhlil еdilərək, məhz ulu öndər Hеydər Əliyеvin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına sоn qоyulduğu, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlandığı qеyd olunub. 24 il əvvəl xalqın təkidi və tələbi ilə yеnidən siyasi hakimiyyətə qayıdan ulu öndərin sarsılmaz iradəsi, əzmi və zəngin dövlətçilik təcrübəsi sayəsində qısa zaman ərzində sabitliyi bərpa etməsi, tənəzzülün qarşısını alaraq ölkəmizi inkişaf və tərəqqi yoluna çıxarması, dövlətçiliyimizin qоrunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsi xüsusi vurğulanıb.

Çıxışlarda Azərbaycan Sərhəd Mühafizəsinin təşkili və formalaşmasında əsaslı keyfiyyət dəyişikliklərinin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun diqqət və qayğısı nəticəsində mümkün olduğu, ümummilli liderin milli inkişaf konsepsiyasını uğurla davam etdirən, beynəlxalq aləmdə respublikamıza böyük hörmət və nüfuz qazandıran Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf edərək dünyanın qabaqcıl və firavan ölkələrindən birinə çevrildiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda incəsənət ustaları sərhədçilər qarşısında konsert proqramı ilə çıxış ediblər.

Babək Cahandarov

Paylaş:
681

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər