Mingəçevirdə tüstüdən zəhərlənən 2 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə tüstüdən zəhərlənən 2 nəfər xilas edilib

11:32 - 16 / 06 / 2017
Mingəçevirdə tüstüdən zəhərlənən 2 nəfər xilas edilib

Mingəçevir şəhərində evlərdən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan 2 otaqlı mənzilin mətbəxində qaz sobasının üzərində nəzarətsiz qalmış xörək qazanı yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən yüngül zəhərlənmiş halda aşkar edilərək xilas edilib. Mənzil yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
961

Son xəbərlər

Bütün xəbərlər