26 ədəd kondisioner oğurlayan Gəncə sakini tutuldu

Tovuz rayonunun polis əməkdaşları kondisioner oğrusunu saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 22-də Bozalqanlı kəndindəki Mədəniyyət evinin həyətindəki yardımçı otaqdan ümumi dəyəri 9800 manat olan 26 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Tahir Orucov tutulub.
Babək Cahandarov
782