Lapşin işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyini etiraf edib | 1news.az | Xəbərlər
Siyasət

Lapşin işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyini etiraf edib

17:05 - 30 / 06 / 2017
Lapşin işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyini etiraf edib

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesi keçirilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə A.Lapşin özünü təqsirli bilməyib. Sərbəst ifadə verməkdən imtina edən A.Lapşin sualları cavablandırıb. Lapşin iki dəfə işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyini bildirib.

Prosesdə dövlət ittihamçısının suallarını cavablandıran A.Lapşin bildirib ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisinə turist kimi səfər edib:

"Bloger olmuşam. Səfərə çəkilən xərcləri özüm ödəmişəm. Həmin ərazilərin Azərbaycana aid olduğunu internetdən oxumuşam. Ondan sonra bildim ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub. BMT-nin qərarları barədə məlumatım olmayıb. İnternetdə Dağlıq Qarabağı ayrıca ölkə kimi yazmamışam, coğrafi ərazi kimi qeyd etmişəm. Suriya, Abxaziya, Osetiya, Qətər və digər ölkələrdə də olmuşam. Dağlıq Qarabağa gedəndə Azərbaycan tərəfə heç bir müraciət etməmişəm. İşğal olunmuş ərazilərdə otellərdə qalmışam. Otellərin adı yadımda deyil".

A.Lapşin bildirib ki, onu Dağlıq Qarabağda qarasaçlı şəxs müşayiət edib. O, orada olarkən Ermənistanın rəhbər şəxslərindən heç kimlə görüşmədiyini deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda olan zaman məqalələr yazıb və internet vasitəsi ilə onları yayımlayıb. Məqalədə Dağlıq Qarabağda yaşayanların acınacaqlı vəziyyətindən bəhs edib:

"Mənim hər iki xalqa hörmətim var. İnternetdə yerləşdirilən videosujetləri özüm də çəkmişəm, həmçinin başqalarının da çəkdiyi videolarda düşmüşəm".

Hakim A.Lapşinə irad tutub. Bildirib ki, o, dövlət ittihamçısının suallarına ironiya ilə yanaşır. Dövlət ittihamçısı bu ziddiyyətləri araşdırır.

Dövlət ittihamçısı A.Lapşindən facebook sosial şəbəkəsində dostluğundakı ermənilər barədə soruşub. O isə bildirib ki, ermənilər ona dostluq atıb və o da dostluğu qəbul edib.

Prosesdə şahid qismində dindirilən Dağlıq Qarabağdan olan məcburi köçkünlər Könül Hüseynova, Rasim Hacıyev, Mərhəmət Abdullazadə ifadə veriblər. Onlar A.Lapşinin adını internetdən oxuduqlarını bildirib və onun barəsində qanun çərçivəsində tədbir görülməsini istəyiblər.

Proses iyulun 3-də davam etdiriləcək.

İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Azərbaycan Baş Prokurorluğunun məlumatında isə bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.

S.Xankişiyeva

Paylaş:
821

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər