Norm şirkətinin Korporativ Sosial Məsuliyyət Layihəsi - Norm Ustalar Klubu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Norm şirkətinin Korporativ Sosial Məsuliyyət Layihəsi - Norm Ustalar Klubu - FOTO

09:55 - 30 / 06 / 2017
Norm şirkətinin Korporativ Sosial Məsuliyyət Layihəsi - Norm Ustalar Klubu - FOTO

Cənubi Qafqazın ən böyük sement zavodu olan Norm Sement cəmiyyətin hərtərəfli inkişafında fəal iştirak etməyi qarşıya məqsəd qoyub. Bu məqsədlə şirkət Korporativ Sosial Məsuliyyət çərçivəsində müxtəlif layihələrə dəstək verir.

Norm Ustalar Klubu Norm şirkətinin cəmiyyətə uzunmüddətli faydalar vəd edən korporativ sosial məsuliyyət layihəsidir.

Norm Ustalar Klubunun təməli 11 dekabr 2016-cı il tarixində inşaat sahəsində çalışan ustaların Norm Sementin Bakıda təşkil etdiyi görüşdə qoyulub.

Klubun yaradılmasında məqsəd inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Norm Ustalar Klubu ölkəmizin bütün bölgələrindən gələn ustaları öz çətiri altında birləşdirməklə, onların öz aralarında ünsiyyət qurmalarına, peşələrilə bağlı olan mövzularda fikir mübadiləsi aparmalarına şərait yaradır.

Ustaların peşəkar bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Klub tərəfindən ildə 2 dəfə sement məhsulları və onların istifadə qaydaları ilə bağlı seminarlar təşkil olunur, seminarların sonunda ustaların sertifikasiyası aparılır.

Norm Ustalar Klubunu yaratmaqla şirkətimiz inşaat sahəsində çalışan ustaların fəaliyyətinə verdiyi önəmi nümayiş etdirir. Klubun yaradılması həmçinin son istehlakçıların inşaat sahəsindəki yeniliklərdən xəbərdar olmasına dəstək verir, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsini təmin etmək üçün Norm Ustalar Klubunun peşəkar mütəxəssislərinə müraciət etməsinə yardımçı olur.

Nəticədə düzgün məhsulun peşəkar usta ilə istifadəsinə dəstək olmaqla Norm Ustalar Klubu inşaat sahəsindəki işlərin keyfiyyətinə öz töhfəsini verir.

İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

Zavodda hal-hazırda dörd çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır.

Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.

https://www.facebook.com/NORMLLC/

https://www.facebook.com/NORMustalarklubu/

Reklam hüququnda

Paylaş:
734

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər