Zakir Həsənov NATO toplantısında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov NATO toplantısında iştirak edib – FOTO

10:09 - 30 / 06 / 2017
Zakir Həsənov NATO toplantısında iştirak edib – FOTO

İyunun 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində (Belçika Krallığı) Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası (QDM) formatında Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, Əfqan Müdafiə və Təhlükəsizlik qüvvələrinin inkişafı üzrə müzakirələr aparılıb. Görüşdə Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin müdafiə nazirləri ilə yanaşı, Əfqanıstanın Müdafiə naziri, o cümlədən Avropa İttifaqının Ali Nümayəndəsi və BMT Baş Katibinin Xüsusi Nümayəndəsi də iştirak ediblər.

Z. Həsənov səfər çərçivəsində NATO Baş Katibinin müavini xanım Rouz Gotemoller ilə də görüşüb. Tərəflər Azərbaycan-NATO münasibətləri, müdafiə sahəsində Alyansla qarşılıqlı faydalı əməkdaşlıq və ölkəmizin Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfə ətrafında fikir mübadiləsi aparıblar. Görüş zamanı Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə NATO Baş katibinin müavininə məlumat verib.

Səfər çərçivəsində Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Fikri Işıkla işçi görüşü keçirərək ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, eləcə də Qətiyyətli Dəstək Missiyasına gələcək töhfələr mövzusunda fikir mübadiləsi aparıblar.

Müdafiə naziri Makedoniya Respublikasının yeni təyin olunmuş müdafiə naziri Radmila Shekerinska ilə nəzakət görüşü də keçirib.

Qeyd edək ki, hazırda Silahlı Qüvvələrimizin 94 nəfərlik sülhməramlısı Əfqanıstanda həyata keçirilən Qətiyyətli Dəstək Missiyasında iştirak edir. Eyni zamanda Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə töhfə verməkdədir.

S.Xankişiyeva

Paylaş:
653

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər