ABŞ-da aparıcı yəhudi jurnalı olan AMİ-nin növbəti buraxılışı Azərbaycana həsr edilib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-da aparıcı yəhudi jurnalı olan AMİ-nin növbəti buraxılışı Azərbaycana həsr edilib

11:21 - 30 / 06 / 2017
ABŞ-da aparıcı yəhudi jurnalı olan AMİ-nin növbəti  buraxılışı Azərbaycana həsr edilib

ABŞ-da yəhudi icmasının həftəlik nəşr olunan aparıcı jurnalı AMİ-nin 28 iyun tarixli nömrəsinin böyük bir hissəsi Azərbaycana həsr edilib.

1news.az-a Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən xəbərə görə, jurnalda keçmiş Sovet İttifaqının ən yüksək vəzifəli müsəlman rəsmisi kimi yalnız ümummilli lider Heydər Əliyevin fəal surətdə səy göstərərək Sovet İttifaqı üzrə yəhudilərin ibadəti və dini adət-ənənələrini qoruması üçün şərait yaratdığı, yəhudilərə hörmət və qayğı göstərdiyi, müstəqil Azərbaycanda Prezident seçildikdən sonra dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar və hökumət arasında möhkəm əlaqələr qurduğu vurğulanır. Bu gün də onun xatirəsinin Azərbaycanda böyük hörmət və ehtiramla anıldığı qeyd olunur.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla söhbət əsasında yazılan məqalədə jurnalın siyasi müxbiri Ceyk Terks səfirlə ilk dəfə Vaşinqtonda “Trump International Hotel”də səfirliyin yəhudilərin Hanuka bayramı münasibətilə təşkil etdiyi tədbir zamanı tanış olduğunu xatırladır. O, Ramazan bayramı ərəfəsində səfirliyə gəldiyini və Azərbaycanın qonaqpərvərliyini yüksək qiymətləndirdiyini qeyd edir. O, çətin regionda yerləşən Azərbaycanın dünyəviliyini ön plana çəkərək ölkəmizi regionda dini tolerantlığın rəmzi kimi dəyərləndirir.

Azərbaycanın 1918-ci ildə dünyada demokratik respublika quran ilk müsəlman dövləti olduğu, Rotşild, Rokfeller və Nobel ailələrinin zəngin neft ehtiyatlarına malik Azərbaycana gəldiyi, sərmayə qoyduğu və qazanc əldə etdiyi, “Nobel” mükafatının təsisçisi Alfred Nobelin öz uğurlu gələcəyini Azərbaycan nefti sayəsində qurduğu oxucuların diqqətinə çatdırılır. Sovet İttifaqının faşizm üzərində qələbəsinin məhz Bakının əsas neft istehsalçılarından biri olması sayəsində mümkün olduğu və xəbərlərin birində Adolf Hitlerin məhz Bakını tutmaq istədiyi qeyd edilir. Məqalədə Azərbaycanın bugünkü müvəffəqiyyətlərində ölkədə yaşayan hər bir icmanın nümayəndəsinə dost olan Prezident İlham Əliyevin xidmətlərinin böyük rol oynadığı vurğulanır.

Həmçinin Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan və şəhid olan yəhudi Albert Aqarunovun Azərbaycanın milli qəhrəmanlarından biri olmasından, Şuşanın ermənilər tərəfindən işğalı zamanı onun göstərdiyi şücaətdən bəhs edilir, azərbaycanlılar və yəhudi icması arasındakı bağlılığa diqqət yönəldilir.

Məqalədə dünyada çətinliklərlə üzləşən yəhudilərə Azərbaycanın hər zaman müsbət münasibəti, ölkədə yaşayan yəhudi icmasına göstərilən hörmət, Avropada yəhudilərin məhvi prosesi zamanı Bakının minlərlə yəhudinin sığınacağı olması, daha sonra dünyanın müxtəlif yerlərindən yəhudilərin təhlükəsiz yaşam üçün məhz Azərbaycana üz tutması geniş şəkildə işıqlandırılır.

Bundan əlavə, müsəlman dünyası ilə yaxşı əlaqələrə malik olan dünyəvi Azərbaycanın həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyi qeyd olunur və tədbirlərin təşkilatçılıq işlərinə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi vurğulanır.

Məqalədə Azərbaycanı tərk etmiş yəhudilərin belə Azərbaycana bağlılığı, Nyu-Yorkda yaşayan yəhudilərin Azərbaycanla əlaqələrdə, eləcə də Azərbaycanda yaşayan yəhudi icmasının İsraillə əlaqələrdə bir körpü olduğu bildirilir. Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı qəsəbədə 4 minə yaxın yəhudinin yaşadığı qeyd olunur.

Yazıda Azərbaycanda yalnız məscidlərin deyil, eyni zamanda, sinaqoq və kilsələrin tikildiyi, hökumətin yəhudilərin mədəniyyət və təhsilinin maliyyələşdirilməsində yardımçı olduğu, bütün dinlərə və təriqətlərə mənsub şəxslərə eyni münasibətin göstərildiyi öz əksini tapır.

Daha sonra müəllif Azərbaycan ilə İsrail arasındakı uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrini, Azərbaycanın İsrail və İslam ölkələri ilə əlaqələr üçün fəal surətdə platforma qurduğu, Azərbaycanın keçirdiyi Respublika Günü, Hanuka bayramı və s. tədbirlərə istinad edərək bunun Vaşinqtonda tolerantlıq və multikulturalizm nümunəsi yaratdığı qeyd edilir. Həmçinin Azərbaycanın bir sıra tədbirlərə ev sahibliyi etməsinin, habelə daha geniş formatlı bütün növ danışıqların aparılması üçün strateji bir məkana çevrilməsinin əhəmiyyəti vurğulanır.

Məqalədə Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal edildiyi, həmin ərazidəki əhalinin məcburi köçkün düşdüyü təəssüflə qeyd olunur.

Ağ Evin siyasi müxbiri olan, əsasən oradakı prosesləri işıqlandıran Ceyk Terksin Azərbaycanla bağlı 6 səhifəlik məqalə yazması, yazının jurnalın həm üz, həm də internet səhifəsində işıqlandırılması ABŞ-da yaşayan yəhudilərin Azərbaycana olan bağlılığının və sıx əlaqəsinin bir nümunəsi kimi qiymətləndirilir.

S.Xankişiyeva

Paylaş:
682

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər