Naxçıvanda hava hücumundan müdafiə bölmələrinin təlimləri başlayıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Naxçıvanda hava hücumundan müdafiə bölmələrinin təlimləri başlayıb - FOTO

20:26 - 01 / 07 / 2017
Naxçıvanda hava hücumundan müdafiə bölmələrinin təlimləri başlayıb - FOTO

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimlərinə başlanılıb.

1news.az xəbər verir ki, zenit raket, zenit raket artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının digər xüsusi bölmələrinin də cəlb olunduğu təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.

Motoatıcı bölmələrin yerdəyişməsi zamanı onların hava hücumundan müdafiəsini təmin edən hava hücumundan müdafiə bölmələri marş keçirərək təyinat rayonlarına çıxarılıb, atəş və start mövqeləri tutulub.

Bölmələr döyüş tapşırığı aldıqdan sonra hərbi qərarqəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, maket üzərində qarşılıqlı əlaqə və hava hücumundan müdafiə tapşırıqlarının yerinə yetirilməsinə qərar qəbul olunub. Marş zamanı yerdəyişmə həyata keçirən bölmələrə şərti düşmənin basqını dəf edilib, kolonların təyinat rayonlarına təhlükəsiz hərəkəti təmin edilib.

Təlimin döyüş atışlı mərhələsində hərəkətdən atəş və start mövqeləri tutulduqdan sonra düşmənin hava və yerüstü hədəfləri “Strella 3” daşınan zenit raket kompleksi və 23 millimetrlik zenit qurğuları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən 120 millimetrlik minaatan heyətləri də cəlb olunub.

Döyüş atışlı taktiki xüsusi təlimlərinə gedişi bir daha təsdiqləyir ki, Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə hissə və bölmələri Naxçıvan Muxtar Respublikasının hava sərhədlərini etibarlı surətdə qoruyur və düşmənin hava hücumunun dəf edilməsinə hər an hazırdır.

1news.az

Paylaş:
981

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər