Suda batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Suda batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

16:35 - 02 / 07 / 2017
Suda batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

Suda batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Xidmətin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər hadisə Mingəçevirdə baş verib. Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşib. Xilasediciləri hadisə yerinə gələrək vətəndaşı sudan çıxarıblar.

1news.az

 

Paylaş:
942

Son xəbərlər

Bütün xəbərlər