Xidməti vəzifəsini yerinə yetirən meşəbəyinə ağır bədən xəsarətləri yetirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xidməti vəzifəsini yerinə yetirən meşəbəyinə ağır bədən xəsarətləri yetirilib – FOTO

19:35 - 03 / 07 / 2017
Xidməti vəzifəsini yerinə yetirən meşəbəyinə ağır bədən xəsarətləri yetirilib – FOTO

İyulun 1-də gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin Qaz 66 markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu bildirib.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, dərhal müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin moto pilə ilə ağacları kəsdiyinin şahidi olublar.

Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri meşə işçilərinə hücum edib. Əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər. Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb (şəkillər). Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb.

Məlum olub ki, meşə işçilərinə, xidməti vəzifələrini yerinə yetirərkən ağır bədən xəsarətləri yetirənlərin hamısı Lənkəran rayonunun köhnə Kirgan kəndinin sakinləridir. Bu şəxslər dəfələrlə qəsdən meşə işçilərindən ETSN-yə şikayət edərək onları şantajla təzyiq altında saxlamaq və bununla meşədə öz qanunsuz qırıntılarına göz yumulmasına şərait yaradılmasına nail olmaq istəmişlər.

Qeyd edək ki,  meşələrin mühafizəsi zamanı meşə işçiləri ayrı-ayrı şəxslərin ciddi müqavimətləri ilə tez-tez üzləşirlər. Onlar meşələri, yaşıllıqları min bir əziyyətlə qoruyurlar. Vicdanlı meşəçilər meşələri bütün varlığı ilə qoruyurlar, kimin buna vicdanı çatmırsa tez bir zamanda vəzifəsindən uzaqlaşdırılır.

S.Xankişiyeva

Paylaş:
1020

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər