Düşənbədə Mərkəzi Asiya, Monqolustan, Əfqanıstan və Qafqaz regionunun təhlükəsizliyi və inkişafı forumu keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Düşənbədə Mərkəzi Asiya, Monqolustan, Əfqanıstan və Qafqaz regionunun təhlükəsizliyi və inkişafı forumu keçirilib

22:02 - 03 / 07 / 2017
Düşənbədə Mərkəzi Asiya, Monqolustan, Əfqanıstan və Qafqaz regionunun təhlükəsizliyi və inkişafı forumu keçirilib

Düşənbədə ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeldin təsis etdiyi fondun dəstəyi ilə CAMCA (Mərkəzi Asiya, Monqolustan, Əfqanıstan və Qafqaz regionunun təhlükəsizliyi və inkişafı forumu keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, CAMCA regional forumu üzv ölkələrin milli əlaqələndiriciləri tərəfindən idarə olunur. Forumda CAMCA-nı təmsil edən ölkələrin, o cümlədən Azərbaycan, Gürcüstan, Ermənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Əfqanıstan və Monqolustanın nümayəndələri iştirak ediblər.

Toplantıda regional münaqişələrin həlli, nəqliyyat dəhlizlərinin inkişafı, sahibkarlığın və ticarətin qarşılıqlı dəstəyi, terrorizmə qarşı birgə mübarizə geniş müzakirə olunub.

Forumda Azərbaycanı ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Dövlət Neft Fondunun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva və Azərbaycan üzrə milli əlaqələndirici və idarə heyətinin üzvü, SOCAR-ın biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı təmsil ediblər.

F.İsmayılzadə regional əməkdaşlığa əsas maneə törədən amil kimi, regionda həll olunmamış münaqişələrin törətdiyi böyük fəsadları toplantı iştirakçılarının nəzərinə çatdırıb.

E.Qasımlı şəbəkənin Azərbaycan nümayəndələrinin əldə etdiyi uğurlar və eyni zamanda, ölkəmizin uğurlu beynəlxalq enerji layihələri haqqında ətraflı məlumat verib.

N.Nəsrullayeva Azərbaycanda həyata keçirilən böyük layihələrin CAMCA ölkələrinə verə biləcəyi töhfələrdən bəhs edib.

Tədbirin sonunda CAMCA-nın növbəti 5-ci illik iclasının 2018-ci ildə Bakıda keçirilməsi barədə yekdil qərar qəbul edilib.

S.Xankişiyeva

Paylaş:
875

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər