Erməni müğənni Eldar Osmanovun qızının toyunda oxumaqdan imtina edib
Məşhur erməni müğənnisi Armen Qondraçyan (Armençik) Rusiyada yaşayan azərbaycanlı iş adamı Eldar Osmanovun qızı Lolita və erməni sahibkar Albert Avdolyanın oğlu Qasparın toyunda oxumaqdan imtina edib.
1news.az xəbər verir ki, bu barədə "Aykakan Jamanak" nəşri yazıb.
Belə ki, müğənniyə Oskar mükafatının təqdim olunduğu Los-Ancelesdə Dolby Theatre keçirilən mərasimdə iki mahnı oxuması üçün 100 min dollar təklif olunub. Lakin o, Livanda təşkil edilən "Jounieh Summer Festival 2017"yə dəvət olunduğu üçün toyda iştirakı qəbul etməyib. İyulun 2-də isə Beyrutda çıxış edib.
Qeyd edək ki, toyda Ledi Qaqa, Nikolay Baskov, Stas Mixaylov, Svetlana Loboda kimi estrada ulduzları çıxış edib. Aparıcılar isə Ksenia Sobçak və Andrey Malaxov olub.
Pərvanə Sultanova