“Yolun yarısında bir təbəssüm”
İyulun 6-da Bakı şəhərində ilk dəfə görkəmli meksikalı rəssamlar Frida Kalo ilə Dieqo Riveranın həyatına həsr olunan fotosərgi keçiriləcək.
1news.az-a Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumta görə, fotosərgi “Yolun yarısında bir təbəssüm” adlanır.
Şübhəsiz ki, Dieqo Rivera və Frida Kalo Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindən biridir. Onların parlaq şəxsiyyətləri dövrünün müasirlərində müxtəlif hisslər, bəzilərində paxıllıq, digərlərində isə heyranlıq oyadırdı.
Evləndikləri 1929-cu ildən Fridadın dünyasını dəyişdiyi 1954-cü ilədək, təxminən 25 il ərzində birlikdə olan bu cütlüyün münasibətləri görüşlərin və ayrılıqların sonsuzluğu, sevgi və nifrət, bölüşmək və rəqabət aparmaqla həkk olunub. Bu ittifaq XX-ci əsrin birinci yarısında Meksikada şəxsi münasibətlərin yeni yolunu açmışdır: Dieqonun ünsiyyətçil və xəyalpərəst şəxsiyyəti ilə Fridanın özünə qapanmış, həmçinin xəyalpərəst şəxsiyyətinin bağlılığı partlayıcı münasibətlərin yaranmasına səbəb oldu.
Pərvanə Sultanova