XİN rəhbəri Füzulidəki hadisə ilə bağlı həmsədrlərlə danışıb | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri Füzulidəki hadisə ilə bağlı həmsədrlərlə danışıb

13:52 - 05 / 07 / 2017
 XİN rəhbəri Füzulidəki hadisə ilə bağlı həmsədrlərlə danışıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ermənilərin cəbhədəki son təxribatını  ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri ilə müzakirə edib. Amerikalı həmsədrlə isə texniki məsələ səbəbindən danışa bilməyib.

1news.az-ın məlumatına görə, bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev brifinqdə deyib.

O bildirib ki, nazir onların diqqətinə  Azərbaycan tərəfinin ciddi narahatlığını çatdırıb və bəyan edib ki, Ermənistanın hərəkətləri vəziyyətin gərginləşməsinə, danışıqların pozulmasına yönəlib.

Xİn rəsmisi əlavə edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması gündəmdə olmasa da, bu məsələ kompleks şəkildə araşdırılmalı və qərar verilməlidir.

O bildirib ki, Azərbaycanın danışıqlarda iştirakı imitasiya xarakteri daşımır. “Mövqeyimiz qəti xarakter daşıyır. Biz bu substantiv xarakterli danışıqlarda iştirak edirik”, - deyə H. Hacıyev vurğulayıb.

1news.az

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər