Azay Quliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edib
ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk qrupunun həmsədrlərini tənqid edib.
1news.az-ın məlumatına görə, A. Quliyev çıxışında bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri illik sessiyaya dəvət olunsalar da, dəvəti qəbul etməyiblər.
“Onlar indiyədək danışıqlarda heç bir nəticəyə nail olmayıblar. Düşünürəm ki, Minsk qrupunun həmsədrləri ATƏT digər institutları ilə əməkdaşlıq etməlidirlər. Seçicilərimiz deputat olaraq bizdən hər zaman bu məsələdə inkişafın olub-olmadığı və Minsk qrupu həmsədrlərinin məsələyə yanaşması barədə soruşurlar. Yenə də təklif edirəm ki, Minsk qrupunun həmsədrləri illik sessiyalarda iştirak etməyə dəvət edilsinlər”, - deyə o vurğulayıb
1news.az