Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsinin yas xərclərini dövlət ödəyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsinin yas xərclərini dövlət ödəyəcək

10:36 - 05 / 07 / 2017
Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsinin yas xərclərini dövlət ödəyəcək

Ötən gün düşmən təxribatı nəticəsində həlak olan Alxanlı kənd sakinləri 2 yaşlı Zəhra Quliyeva və nənəsi 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızının yas xərclərini Füzuli Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Füzulinin icra başçısı Alı Alıyev deyib.

O, bildirib ki, mülki əhaliyə atəş açmaq vəhşilikdir.

 “Səhərə kimi Alxanlıda olmuşuq. Bu, ermənilərin növbəti təxribatıdır. İki yaşlı qızın qətlə yetirilməsi sadəcə vəhşilikdir. Axı Zəhranın nə günahı var ki?! Bu hadisəni təsadüf kimi qiymətləndirmirəm. Mülki əhaliyə atəş açaq olmaz. Vəhşilik ermənilərin xislətindən irəli gəlir”.

İcra başçısı, həmçinin qeyd edib ki, kənddə təhlükəsizlik tədbirləri gücləndirilib:

“Kənddə təhlükəsizliklə bağlı çox ciddi adımlar atılıb. Polis postları qurulub”.

A.Alıyevın sözlərinə görə, dünyasını dəyişən şəxslərin ailə üzvlərinə maddi yardım ediləcək.

S.Xankişiyeva

Paylaş:
810

Son xəbərlər

Bütün xəbərlər