Həmsədrlər tərəflərə çağırış etdi | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlər tərəflərə çağırış etdi

11:21 - 05 / 07 / 2017
Həmsədrlər tərəflərə çağırış etdi

ATƏT-in Minsk qrupu həmsədrləri ötən gün Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisə ilə bağlı bəyanat yayıb.

1news.az-ın məlumatına görə, bəyanatda deyilir:

“ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş və mülki şəxslər də daxil olmaqla, insan ölümü ilə nəticələnən hadisədən xəbərdardır. Biz təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır. Zorakılıq yalnız daha yeni zorakılığa yol açır. Bu, uzun sürən münaqişənin həlli üçün yeganə məsuliyyətli və insani yol tərəflərin danışıqlar masasına qayıtmasıdır".

Həmsədrlər, həmçinin həlak olanların ailələrinə başsağlığı verib.

Pərvanə Sultanova

 

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər