Almaniyalı deputat Ermənistan hərbçilərinin Azərbaycanın dinc əhalisini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Almaniyalı deputat Ermənistan hərbçilərinin Azərbaycanın dinc əhalisini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb

13:49 - 07 / 07 / 2017
Almaniyalı deputat Ermənistan hərbçilərinin Azərbaycanın  dinc əhalisini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Allahverdiyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Olav Quitting bəyanatla çıxış edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, almaniyalı deputatlar Azərbaycanın Füzuli rayonunda Sahibə Allahverdiyevaya və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı kədərli xəbərdən təəssüf hissi keçiriblər. “Onlar bu əraziləri qanunsuz işğal etmiş erməni silahlı qüvvələrinin vəhşiliyinin qurbanı olublar. Bundan əlavə, ermənilərin açdığı atəş nəticəsində bir neçə dinc sakin də ciddi xəsarət alıb. Vəziyyətin bu cür gərginləşməsi son dərəcə narahatlıq doğurur və münaqişənin sülh yolu ilə həllinə ciddi təhlükə yaradır”, - deyə deputat vurğulayıb.

Olav Quitting tərəfləri dinc əhalinin tələfatına yönəlmiş hücumları dayandırmağı və atəşkəs rejiminə riayət eyməyə dəvət edib. Bundan əlavə, o, tərəfləri sülh danışıqları aparmağa çağırıb. Bundestaq üzvü vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunduğu kimi, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun tərkibində qalacaq. Yalnız erməni silahlı qüvvələrinin bu ərazilərdən çıxarılması dinc əhalinin tələf olmasının qarşısını ala, sülh prosesinin inkişaf etməsinə zəmin yarada bilər.

Babək Cahandarov

Paylaş:
590

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər