Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub | 1news.az | Xəbərlər
Siyasət

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub

20:29 - 07 / 07 / 2017
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub

Bakıda ABŞ-ın dövlət müstəqilliyinin 241-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az-ın məlumatına görə, qəbulda dövlət rəsmiləri, millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, bu il həmçinin, Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Azərbaycan dövlətinin yaradılmasının 99-cu ildönümü tamam olub. O bildirib ki, 1918-ci ildə qurulan Azərbaycan dövləti qadınlara səsvermə hüququ verib. Bu, ABŞ-dan daha əvvəl baş verib. Azərbaycan haqlı olaraq bununla fəxr edir. 

Sekuta əlavə edib ki, ABŞ 25 ildir Azərbaycanı dəstəkləyir: “Biz sabit, demokratik, inkişaf edən Azərbaycanı dəstəkləməkdə və birgə işləməkdə davam edəcəyik”.

Maliyyə naziri Samir Şərifov Azərbaycan dövləti və xalqı adından ABŞ dövlətini və xalqını təbrik edib. O deyib ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.

Nazir bildirib ki, Prezident Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılmasında Azərbaycanın səylərini dəstəkləməsini vurğulaması ikitərəfli əlaqələrin sağlam bünövrəyə əsaslandığının göstəricisidir. Nazir vurğulayıb ki, Azərbaycan ABŞ-la əlaqələrin qarşılıqlı hörmət, dostluq əsasında inkişafını dəstəkləyir:

“Azərbaycan ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır. Hazlrda Azərbaycanda 200-dən çox çirkət qeydiyyaydan keçib”. 

S.Şərifov ABŞ-ın Cənub Qaz Dəhlizinə sadiqliyini vurğulayıb və bunun bütün tərəflər üçün vacib olduğunu deyib. Nazir Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinə məruz qaldığını, bunun regionun inkişafına mane olduğunu deyib: “Erməni işğalının qarşısının alınmaması bir neçə gün əvvəl dinc sakinlərin, o cümlədən iki yaşlı Zəhranın qətlinə səbəb olub. Minsk qrupunun son bəyanatında hadisələr təxribat kimi qiymətləndirilib. Dünya birliyi buna münasibət bildirib, bu vəhşiliyə qiymət verməlidir”.

Pərvanə Sultanova

Paylaş:
872

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər