Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

20:50 - 09 / 07 / 2017
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşmış 3 nəfər xilas edilib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Digər analoji hadisə isə Sabunçu rayonunda olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
984

Son xəbərlər

Bütün xəbərlər