İlham Əliyev:Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev:Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır

14:23 - 10 / 07 / 2017
İlham Əliyev:Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır

Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli strateji layihələrin icrasına imkan verir.

1news.az-ın trend-ə istinadla məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan! Hörmətli xanımlar və cənablar! Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah və tərəqqi arzulayıram.

Prezident Ərdoğana minnətdaram ki, məni bu toplantıya dəvət etdi. Mənə göstərilən qonaqpərvərliyə görə də minnətdaram".

İlham Əliyev bildirib ki, Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür: "Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi altında əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi altında çox böyük və şərəfli yol keçmişdir. Bugünkü toplantı da bunun bir təzahürüdür. Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına bütün azərbaycanlı bacı-qardaşlarının səmimi salamlarını çatdırıram".

Dövlət başçısı vurğulayıb ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır: "Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir, o cümlədən enerji sahəsində Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli strateji layihələrin icrasına imkan verir. Onların içərisində xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihəsini qeyd etmək istərdim".

1news.az

 

 

 

 

 

Paylaş:
1031

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər