İsveç Azərbaycanlıları Konqresi Ermənistan səfirliyinə məktub göndərib | 1news.az | Xəbərlər
Siyasət

İsveç Azərbaycanlıları Konqresi Ermənistan səfirliyinə məktub göndərib

19:35 - 10 / 07 / 2017
İsveç Azərbaycanlıları Konqresi Ermənistan səfirliyinə məktub göndərib

İsveç Azərbaycanlıları Konqresi iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və nənəsi 50 yaşlı Sahibə Allahverdiyevanın həlak olması ilə bağlı İsveç Krallığının Resytaqına, parlament üzvlərinə, Baş nazirə, Xarici İşlər Departamentinə, jurnalistlər birliyi olan – Svenska Pen təşkilatına məktub ünvanlayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı uşaq olmaqla 2 dinc sakinin həlak olması və daha birinin yaralanması faktı məktubda geniş qeyd olunub. Bununla yanaşı, məktubda bildirilib ki, Azərbaycanın torpaqlarını işğal etməklə kifayətlənməyən Ermənistan dövləti müxtəlif təxribatlar törədərək beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Sonda isə İsveç Krallığının qanunverici və icraedici orqanlarından baş verən hadisəyə obyektiv qiymət verilməsi və rəy bildirilməsi xahiş olunub.

İsveç Azərbaycanlıları Konqresi Alxanlı kəndində törədilən hərbi təxribata etiraz olaraq Ermənistanın bu ölkədəki səfirliyinə də etiraz məktubu ünvanlayıb.

Məktubda deyilir: “Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində kəndin dinc sakinləri qətlə yetirilib. Biz-İsveç Azərbaycanlıları Konqresi bu ölkədə yaşayan azərbaycanlılar adından günahsız dinc əhaliyə qarşı törədilən bu cinayət aktına etirazımı bildiririk”.

Sonda isə vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı vandalizm aktıdır və bu, bir daha Ermənistan dövlətinin terrorçu mahiyyətini təsdiqləyir.

1news.az

Paylaş:
1108

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər