Səfir: “Ermənistan belə addımlarla regional sabitliyə zərbə vurur” | 1news.az | Xəbərlər
Siyasət

Səfir: “Ermənistan belə addımlarla regional sabitliyə zərbə vurur”

09:17 - 11 / 07 / 2017
Səfir: “Ermənistan belə addımlarla regional sabitliyə zərbə vurur”

Vaşinqton şəhərində hazırda nüfuzlu düşüncə mərkəzi olan “İrs Fondu”nda (Heritage Foundation) “Təhlükəsizlik və İqtisadi İnkişaf: İpək Yolu və Xəzər” mövzusunda tədbir keçirilib.

1news.az ölkəmizin ABŞ-dakı səfirliyinə istinadla xəbər verir ki, tədbirdə ABŞ administrasiyasının rəsmiləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, çoxsaylı düşüncə mərkəzlərinin əməkdaşları və müxtəlif ekspertlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İrs Fondunun vitse-prezidenti Ceyms Karafano tədbirin əhəmiyyətini vurğulayıb. Bundan sonra çıxış edən Ağ Evin Mərkəzi Asiya üzrə direktoru  David Qambl regionun əhəmiyyətini qeyd edib və ölkəsinin əməkdaşlığı irəli aparmaqda maraqlı olduğunu bildirib. O, geniş əməkdaşlıq imkanlarından danışaraq əsasən iki istiqaməti vurğulayıb: təhlükəsizlik və iqtisadi əməkdaşlıq.

D.Qambl ABŞ-ın regionla daha çox iqtisadi əməkdaşlığı üçün zamanın yetişdiyini qeyd edib.

Daha sonra regionda təhlükəsizlik məsələlərinə həsr olunmuş paneldə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, Qazaxıstanın ABŞ-dakı səfiri Erjan Kazıxanov və Özbəkistanın BMT yanında daimi nümayəndəsi Bəxtyar İbrahimov çıxış edib.

Paneldə İrs Fondunun Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Kofi moderatorluq edib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi Reks Tillerson arasında 10 iyul tarixində keçirilmiş görüşü xatırladıb, tərəflər arasında geniş çeşidli məsələlərin, o cümlədən  Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən Cənub Qaz Dəhlizinin icrasının müzakirə edildiyini qeyd edib, Avropanın enerji təhlükəsizliyinə töhfə verən bu layihənin də müasir İpək Yolunda əlavə bir beynəlxalq enerji magistralı yaratdığını söyləyib.

E.Süleymanov ABŞ-ı enerji diplomatiyasında, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşdırılmasında daha da fəal səylər göstərməyə çağırıb.

Daha sonra ölkəmizin müasir İpək Yolunda oynadığı vacib rola toxunan E.Süleymanov, Qərb-Şərq daşımalarının daha da sürətləndirilməsi məqsədilə Azərbaycanın region ölkələri ilə sıx işlədiyini qeyd edib.

Səfir bu yaxınlarda Azərbaycanın təşəbbüsü ilə altı regional dövlətin Vaşinqtonda təşkilatçılığı ilə keçirilmiş Trans-Xəzər Forumunu qeyd edərək, müstəqillik əldə etdikdən sonra 26 il ərzində bu dövlətlərin birgə əməkdaşlıq etməklə regionu inkişaf etdirdiklərini, enerji və nəqliyyat layihələri həyata keçirməklə həm beynəlxalq inkişafa, həm də regional sülh və rifaha töhfə verdiklərini bildirib.

Yaxın Şərqdə cərəyan edən radikalizm və qeyri-sabitlik kontekstində E.Süleymanov qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri mötədil və dünyəvi cəmiyyətlər qurur və tərəqqi və inkişafa yönəlmiş bu yanaşma təqdir edilməlidir. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin birgə quruculuq işi fonunda səfir xüsusi vurğulayıb ki, radikallıq yalnız dini baxışlardan deyil, həmçinin etnik əsaslı ideologiyalardan qaynaqlanır və buna misal olaraq torpaqlarımızı işğal etmiş və dinc sakinlərə divan tutan Ermənistanı misal gətirib.

Bu yaxınlarda iki yaşlı azərbaycanlı körpə Zəhra Quliyeva və onun nənəsini niyyətli şəkildə qətlə yetirən Ermənistan tərəfi belə addımlarıyla nəinki regional sabitliyə zərbə vurur, eyni zamanda öz gələcəyini uçuruma aparır. Səfir ABŞ-ı Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində daha fəal səylər göstərməyə çağırıb.

Hazırda regionda fiziki infrastrukturun tikilib qurtarmaq üzrə olduğunu söyləyən E.Süleymanov, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin birgə işləyərək sərhəd-keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi üzərində çalışdığını qeyd edib. Azərbaycan diplomatı bu sahədə ən yaxşı dünya təcrübələrinin öyrənildiyini qeyd edib. Eyni zamanda, E.Süleymanov  Azərbaycanda ilk tətbiq olunan, şəffaflığın təmin edilməsində ciddi uğur olan və bütün dünyada təqdir olunan “Asan Xidmət” layihəsinin xidmət göstərmədə vətəndaşlara gətirdiyi rahatlığı vurğulayıb və bunun bir yaxşı örnək kimi digər dövlətlər tərəfindən də öyrənilməli olduğunu qeyd edib.  

Növbəti paneldə regionun iqtisadi məsələləri müzakirə edilib. Xəzər Siyasət Mərkəzinin rəhbəri Əfqan Niftiyevin moderatorluq etdiyi bu paneldə natiqlər qismində ABŞ Silahlı Qüvvələri Baş qərargah rəisinin xarici siyasət məsələləri üzrə müşaviri səfir Riçard Norland, qazaxıstanlı təhlilçi Timur Şaimergenov və Enerji, Təbii Ehtiyatlar və Geopolitika Mərkəzinin Direktoru Ariel Kohen çıxış edib.

Çıxış edən digər natiqlər də Azərbaycanın regionda oynadığı strateji rolu qeyd etmiş və aparılan regional əməkdaşlığı təqdir ediblər.

Qeyd edək ki, bu tədbir İrs Fondu ilə yanaşı Xəzər Siyasət Mərkəzi və Qlobal Təhlükəsizliyin Təhlili İnstitutu tərəfindən təşkil olunub.

Pərvanə Sultanova

Paylaş:
876

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər