Qəbələdə ənənəvi musiqi festivalı başlayır | 1news.az | Xəbərlər
Müsahibə

Qəbələdə ənənəvi musiqi festivalı başlayır

12:35 - 26 / 07 / 2017
Qəbələdə ənənəvi musiqi festivalı başlayır

İyulun 29-dan avqustun 3-nə kimi Qəbələdəki konqres mərkəzində Qəbələ Musiqi Festivalı çərçivəsində bir çox ölkələrin kamera və klassik orkestrlərinin çıxışı olacaq.

1news.az xəbər verir ki, 6 gün davam edəcək musiqi bayramı çərçivəsində hər gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, İngiltərənin Femusa kamera orkestri və digər qrupların çıxışları baş tutacaq.

Festival boyunca respublikanın ən mühüm sənətkarları Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski və digərləri ilə yanaşı, Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitri Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vaygl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digər ölkələrin tanınmış musiqiçilərinin çıxışları klassik musiqi sevənlər üçün əsl bayram təntənəsi yaşadacaq.

Dünyaca məşhur musiqiçilər Fərhad Bədəlbəyli və Dmitri Yablonskinin bədii rəhbərliyi ilə hazırlanmış musiqi proqramı bütün musiqisevərlərin könlünü oxşayacaq. Festivalın həyata keçməsinə birbaşa dəstəyi Mədəniyyət və Turizm NazirliyiHeydər Əliyev Fondu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri və "Gilan Holding" göstərir. Festivalın ümumi hissəsi Heydər Əliyev adına Qəbələ Konqres Mərkəzində, açıq səma altında keçiriləcək və Qafqaz dağlarına açılan ən gözəl mənzərə ilə açıq səma altında konsert proqramı musiqi bayramına daha da rəngarənglik qatacaq.

1news.az

 

Paylaş:
1299

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər