Naxçıvanda dəhşətli hadisə: 4 yaşlı uşaq zorlandı

Naxçıvanda azyaşlı zorlanmaya məruz qalıb.
1news.az xəbər verir ki, hərbi xidmətdən yeni dönmüş 1994-cü il təvəllüdlü Ələsgər Məmmədov Culfa rayonunda toy məclisində iştirak edib.
O, toyda 4 yaşlı qızın başını aldadaraq onun nənəsinin yanına aparacağını deyib. Oğlan həmin vaxt içkili olub. Nəticədə, azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb.
Uşağın iniltisini eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb, vəziyyəti ağırdır.
Hələlik adı açıqlanmayan şəxsi kənd camaatı cəzalandırıb. Belə ki, onun əlləri və ayaqları yandırılıb. Təcavüzə məruz qalan uşağın ailənin neçə ildən sonra doğulan yeganə övladı olub.
Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən DİN-in KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev baş verən hadisənin təsdiqini tapdığını bildirdi: "Doğrudur, hadisə baş verib. Prokurorluq tərəfindən baş verən faktla bağlı araşdırma aparılır".
1news.az