Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək

15:21 - 03 / 08 / 2017
Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək

Bakıda İndoneziyanın təqdimatı ilə bağlı tədbir keçirilib. 

1news.az xəbər verir ki, İndoneziyanın Bakıdakı səfiri Husnan Bey Fənani bildirib ki, Azərbaycanda İndoneziya mədəniyyətinin və turizminin tanıdılması, təbliği üçün bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, sentyabrın 9-11 Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.

Diplomat bildirib ki, festivalın açılışı Heydər Əliyev adına sarayda baş tutacaq. Festivalda iştirak üçün İndoneziyadan böyük nümayəndə heyəti gələcək. Heyətin tərkibində mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşı iş adamları da olacaq.  

“Miss İndoneziya”nın da Azərbaycana gələcəyini deyən səfir bildirib ki, festivalın növbəti günü  Dənizkənarı bulvarda “Fun walk” yürüşü olacaq. Hər kəs birlikdə yürüş edib, mahnı oxuyub, rəqs edə biləcək.

Azərbaycanın da zəngin mədəniyyətə malik olduğunu deyən səfir Fənani Azərbaycanı Xəzərin mirvarisi adlandırıb.

Pərvanə Sultanova

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər