Oğru ev sahibinin qızına qarşı quldurluq edib

Avqustun 2-də gecə saat 3:00 radələrində Mingəçevir şəhərində evlərdən birinə oğru girib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, şəhər sakini Etibar Mehdiyevin evinə qarət məqsədilə pəncərədən girən naməlum şəxs axtarış apararkən səs-küyə oyanan onun qızı Sənəmi bıçaqla hədələyib oradan mobil telefon aparıb.
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elman Qurbanov tutulub.
Babək Cahandarov
1127