Balakəndə yol tikintisinə 3 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Balakəndə yol tikintisinə 3 milyon manat ayrılıb

18:11 - 05 / 08 / 2017
Balakəndə yol tikintisinə 3 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

1news.az

 

Paylaş:
796

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər