Biləsuvarda kanalda meyit aşkarlanıb

Biləsuvar rayonu ərazisində kanalda meyit aşkarlanıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Meyiti tapılan şəxsin avqustun 5-də İmişli rayonunun Çaxırlı kəndində kanalda çimərkən batdığı bildirilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğlu olduğu ehtimal edilir.
Əlavə məlumat veriləcək.
1news.az
700