Azərbaycanda qanunsuz yaşayan 13 əcnəbi saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qanunsuz yaşayan 13 əcnəbi saxlanılıb

19:56 - 07 / 08 / 2017
Azərbaycanda qanunsuz yaşayan 13 əcnəbi saxlanılıb

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan, 5 nə­fər Hindistan, 1 nəfər Filippin, 1 nəfər Türkiyə və 1 nəfər Qazaxıstan vətəndaşları sax­­­lanılıb.

1news.az-ın DMX-yə istinadən verdiyi xəbərə görə, araşdırma zamanı 5 nəfər Pakistan vətəndaşının (Qasım Malik Ghulam, Zahid Abdul Majeed, Sa­leem Tamoor, Usman Muhammad, Kohna Irshad Alı Khan) elektron viza əsasında ölkəyə gəldikləri və sonradan qanunsuz miqranta çevrildikləri məlum olub.

Keçirilmiş tədbir zamanı saxlanılmış Hindistan vətəndaşı Navdeep Saklani öz həmvətənlərinə (Gurmukh Singh, Singh Dilbag, Arminder Singh, Rajanpreet Singh) Azərbaycanda müvəqqəti ya­şa­maq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həmin  şəxsləri işlə təmin edəcəyinə vəd verməklə, onların qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Həmin əcnəbilərdən A. Singh “Singh Company” MMC-nin direktoru, S.Dilbag “Singhs and İndian” MMC-nin direktor müavini qismində müvəqqəti yaşama icazəsi verilməsinə dair DMX-ya müraciət edib, şirkətlərin fəaliyyətlərinin olmadığı üçün müraciətlərə imtina edildikdən sonra onlar ölkəni tərk etməyiblər və keçirilmiş tədbirlər nəticəsində saxlanılıblar.

Bundan əlavə, Filippin vətəndaşının məcburi əməyə cəlb edilməsi ehtimalını nəzərə alaraq, materiallar aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Saxlanılmış Qazaxıstan vətəndaşı Larisa Varfolomeyevanın 1994-cü ildən və Türkiyə vətəndaşı Ali Güneşin isə 2015-ci ildən ölkə ərazisində qanun­suz yaşadıqları məlum olub.

Aşkar edilmiş faktlarla bağlı Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miq­rantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyə­tə cəlb ediliblər.

Babək Cahandarov

Paylaş:
503

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər