Meteoroloqlardan xəbərdarlıq: anomal isti hava şəraiti davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: anomal isti hava şəraiti davam edəcək

12:40 - 07 / 08 / 2017
Meteoroloqlardan xəbərdarlıq: anomal isti hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 8-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 36-41, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  28-29, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa görə, avqustun 08-09-da Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında avqustun 08-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. 

Babək Cahandarov

Paylaş:
736

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər