SOCAR iyul ayı üzrə ödənişlərinı açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR iyul ayı üzrə ödənişlərinı açıqlayıb

22:04 - 08 / 08 / 2017
SOCAR iyul ayı üzrə ödənişlərinı açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən cari ilin iyul ayında dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödənilib.

1news.az-ın Şirkətə istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 milyon 755 min manat və ya 101,4 faiz çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında büdcəyə 914 milyon 566 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 milyon 625 min manat və ya 115,9 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin iyul ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 959 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 875 min manat və ya 107,2 faiz çoxdur.

Cari ilin yanvar-iyul aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 87 milyon 251 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 5 milyon 635 min manat və ya 106,9 faiz çoxdur. 

Babək Cahandarov

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər