Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

10:08 - 08 / 08 / 2017
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 9-da Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.

1news.az-

Paylaş:
655

Son xəbərlər

Bütün xəbərlər