Boşanmaq istəyən məşhur cütlükdən yeni xəbər - FOTO | 1news.az | Xəbərlər
Dünya

Boşanmaq istəyən məşhur cütlükdən yeni xəbər - FOTO

11:26 - 16 / 08 / 2017
Boşanmaq istəyən məşhur cütlükdən yeni xəbər - FOTO

Ancelina Coli və Bred Pittin barışacaqlarına dair məlumat doğru deyil.

1news.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ailəyə yaxın olan mənbə bildirib. Mənbənin sözlərinə görə, cütlük hazırda boşanma ilə bağlı detalları aydınlaşdırma mərhələsindədir: 

“Boşanma qaçılmazdır. Onlar uşaqlarla bağlı məsələni müzakirə edirlər. Ancelinanın maliyyə tələbləri yoxdur, hazırda digər məsələlərl bağlı müzakirələr aparılır. Amma bu dəqiqdir ki, daha bir yerdə olmayacaqlar”.

Qeyd edək ki, bu yaxınlarda "Hollywood Life" və digər qərb mediası cütlüyün boşanma qərarından daşındığını yazıb. Məlumat verilmişdi ki, onlar bir-birlərini hələ də sevdikləri və Pitt uşaqlarından ayrı qala bilmədiyi üçün  bu qərardan vaz keçiblər.

Xatırladaq ki, Coli ötən ilin sentyabrında boşanma iddiası qaldırıb.

1news.az

Paylaş:
690

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər