Barselona polisi terrorçunun şəxsiyyətini müəyyənləşdirib | 1news.az | Xəbərlər
Dünya

Barselona polisi terrorçunun şəxsiyyətini müəyyənləşdirib

22:27 - 17 / 08 / 2017
Barselona polisi terrorçunun şəxsiyyətini müəyyənləşdirib

Barselonada polis mikroavtobusu kütlənin üzərinə sürərək terror aktı törədən sürücünün şəxsiyyəti müəyyənləşib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mülki Qvardiyadakı mənbənin yaydığı məlumata görə, bu, Dris Oukabir adlı şəxsdir.

Məlumatda bildirilir ki, o, mikroavtobusu Barselonanın Santa-Perpetua-de-Moqoda əyalətindən kirayə götürüb.

Terrorçu saatda 80 kilometr sürətlə mikroavtobusu kütlənin üzərinə sürüb.

Xatırladaq ki, terror aktı nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

1news.az

Paylaş:
953

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər