Barselonada baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb
Barselonada baş vermiş terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb.
1news.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Qeyd edək ki, ötən gün Barselona şəhərində naməlum sürücü idarə etdiyi avtomobili kütlənin üzərinə sürüb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadaların üzərinə sürüblər.
Sürücü hadisə yerindən qaçıb. İspan polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində o və daha bir neçə terrorçu zərərsizləşdirilib.
İspaniya hökuməti hadisənin terror aktı olduğunu açıqlayıb.
Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
1news.az
1095