Fransada meşə yanğınları səbəbindən qatarların hərəkəti dayandırılıb | 1news.az | Xəbərlər
Dünya

Fransada meşə yanğınları səbəbindən qatarların hərəkəti dayandırılıb

19:38 - 20 / 08 / 2017
Fransada meşə yanğınları səbəbindən qatarların hərəkəti dayandırılıb

Fransanın cənubunda geniş masştablı meşə yanğınları qatarların hərəkətinin dayanmasına səbəb olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Oban şəhəri yaxınlığında yanğın sahəsi 240 hektara çatıb.

Yanğın şənbə günü günün ikinci yarısında bir fərdi yaşayış evində başlayıb. Yanğının söndürülməsinə 600 yanğınsöndürən cəlb olunub, eyni zamanda aviasiya cəlb edilib. Üç yanğınsöndürən və bir yaşlı qadın tüstüdən zəhərlənib.

Şənbədən bazara keçən gecə yanğınsöndürənlər yanğının yayılmasını dayandıra biliblər. Yanğınlar səbəbindən 3 saat ərzində Paris-Nice istiqamətində qatarların hərəkəti dayandırılıb. Bu gün səhər qatarların hərəkəti qismən bərpa olunub.

S.Xankişiyeva

Paylaş:
829

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər