Lavrov: "Suriyada növbəti de-eskalasiya zonasının yaradılmasına başlanılıb" | 1news.az | Xəbərlər
Dünya

Lavrov: "Suriyada növbəti de-eskalasiya zonasının yaradılmasına başlanılıb"

14:52 - 28 / 08 / 2017
Lavrov: "Suriyada növbəti de-eskalasiya zonasının yaradılmasına başlanılıb"

“Rəsmi Moskva ümid edir ki, yaxın gələcəkdə Astanada keçiriləcək Suriya üzrə danışıqların növbəti mərhələsində de-eskalasiya zonalarının yaradılması hüquqi olaraq təmin ediləcək”.

1news.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

O bildirib ki, artıq üç de-eskalasiya zonası(Suriyanın cənubunda Şərqi Qut və Homsda) yaradılıb və hazırda İdlibdə dördüncü zonanın yaradılmasına başlanılıb:

“Ən yaxın zamanda keçiriləcək "Astana formatı"nda növbəti görüşdə nəhayət bu razılaşmaların hüquqi cəhətdən təmin olunacağına ümid edirəm”.

P.Sultanova



 

 

Paylaş:
782

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər