İranda zəlzələ: Xəsarət alanlar var | 1news.az | Xəbərlər
Dünya

İranda zəlzələ: Xəsarət alanlar var

11:47 - 28 / 08 / 2017
İranda zəlzələ: Xəsarət alanlar var

Bu gün səhər saatlarında İranın şərqindəki  Şərəbiyan şəhərində zəlzələ baş verib.

1news.az “ sahartv”ə istinadla xəbər verir ki, zəlzələ nəticəsində insan tələfatı olmasa da, yaralananlar var. Belə ki, Şərqi Azərbaycanın Şərəbiyan şəhərindəki zəlzələdə 8 nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilib.

İnsanların evlərinə də ziyan  dəyib.  Hazırda zəlzələnin vurduğu maddi ziyan araşdırılır. Qırmızı Aypara Cəmiyyəti və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları hadisə yerindədirlər.

P.Sultanova

Paylaş:
788

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər