Makron Ərdoğandan jurnalisti azad etməsini istədi | 1news.az | Xəbərlər
Dünya

Makron Ərdoğandan jurnalisti azad etməsini istədi

12:02 - 28 / 08 / 2017
Makron Ərdoğandan jurnalisti azad etməsini istədi

Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğana zəng edib.

1news.az “cnnturk”ə istinadla xəbər verir ki, Makron Türkiyədə  həbs olunmuş fransalı jurnalist Loup Bureaunun sərbəst buraxılmasını istəyib.

İki lider müsbət nəticə əldə etmək üçün mövzunu nazirlər səviyyəsində davam etdirməyi  qərara alıblar. Onlar, həmçinin Suriya böhranı, İraqdakı vəziyyət, Körfəz bölgəsindəki durumu  və terrorla mübarizə məsələlərini müzakirə ediblər.

Türkiyə və Fransanın  sentyabr ayında BMT Baş Assambleyasında xüsusi bir əlaqə qrupu yaradılması üçün birlikdə çalışacaqları ifadə edilib. 

P.Sultanova

Paylaş:
758

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər