Nazaryana yeni vəzifə verildi | 1news.az | Xəbərlər
Ermənistan

Nazaryana yeni vəzifə verildi

16:23 - 29 / 08 / 2017
Nazaryana yeni vəzifə verildi

Ermənistan müdafiə nazirinin müavini vəzifəsindən azad edilən Ara Nazaryan yeni təyinat alıb.

1news.az xəbər verir ki, Ermənistanın baş naziri Karen Karapetyanın qərarı ilə Nazaryan fövqəladə hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, A.Nazaryan 2007-ci ildən tutduğu müdafiə nazirinin müavini vəzifəsindən bu gün azad edilib.

Baş nazirin başqa bir qərarı ilə Aykaram Mxitaryan bu gün fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

P.Sultanova

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər