Azərbaycanlının öldürdüyü çempionun atası: Bu cür adamlar azadlıqda gəzməli deyil | 1news.az | Xəbərlər
Dünya

Azərbaycanlının öldürdüyü çempionun atası: Bu cür adamlar azadlıqda gəzməli deyil

12:23 - 30 / 08 / 2017
Azərbaycanlının öldürdüyü çempionun atası: Bu cür adamlar azadlıqda gəzməli deyil

Rusiyanın Xabarovsk şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionu Andrey Draçovu vəhşicəsinə döyərək öldürən azərbaycanlı kikboksçu Anar Allahverənov hələ də axtarışdadır.

1news.az-ın RİA “Vostoq-Media – Xabaraovsk”-a istinadla verdiyi xəbərə görə, Draçovun dostları və atası ötən gün onun məzarı başına toplaşaraq qatilin hələ də azadlıqda qalmasına diqqəti cəlb ediblər və hüquq-mühafizə orqanları Allahverənovun axtarışlarını sürətləndirməyə çağırıblar.

 “Bizim bura toplaşmaqda məqsədimiz odur ki, polislər hər şeyi görsün. İstəyirik ki, onlar Andrey Draçovun qatilini axtarmağı yaddan çıxarmasınlar, bunu sürətlə və diqqətlə həyata keçirsinlər. Biz nəticə gözləyirik. Mən Azərbaycandan olan bir oğlanla danışdım, o dedi ki, diaspor Anarın hərəkətini dəstəkləmir, heç kim onu burada gizlətmir və harasa qaçmasını maliyyələşdirməyib, o burada gizlənir”, - həlak olan idmançının dostu Aleksey Şapovalov bildirib.

Draçovun atası isə deyib ki, oğlunun öldürülməsinin milli düşmənçilik kimi qarşılanmasını istəmir.

 “Millət günahkar deyil, konkret adam günahkardır. Polis üçün həmin adamı tapıb, Rusiya qanunlarına görə cəzalandırmaq şərəf məsələsidir. Bu siçovulu, vəhşini tapmaq və ədalət mühakiməsinə vermək lazımdır. Baş verənlər sərxoş halda adi dava-dalaş deyil, vəhşicəsinə qətldir. Bu cür adamlar azadlıqda gəzməli deyil, həbsxanada oturmalıdır. Televizorda göstərdikləri videorolik dördüncü epizoddur. Andrey o vaxt artıq ölümcül yaralanmışdı, onun almacıq sümüyü sınmışdı. Anar onu yerdə yıxılmış vəziyyətdə döyəndə Andreyin burnu sınmışdı, o, sadəcə, sümük qırıntılarını beyninə doldurub. Bu mənzərə mənim gözlərim qarşısında canlanır”, - Konstantin Draçov bildirib.

Oğlu öldürülən ata xahiş edib ki, heç kim bu hadisəyə görə qisas almağa çalışmasın. O deyir ki, dava 30 dəqiqəyə yaxın davam edib, həmin müddət ərzində hadisə yerinə “Rosqvardiya”nın əməkdaşları gəlib və davaya müdaxilə etməyib. “Məni hiddətləndirən budur”, - Konstantin Draçov deyib.

Xatırladaq ki, bu hadisəyə görə “Rosqvardiya”nın iki əməkdaşı barədə cinayət işi qaldırılıb. Onlar vəzifə səlahiyyətlərinə səhlənkar yanaşmaqda və nəticədə insan ölümünə bilməyərəkdən səbəb olmaqda günahlandırılırlar. Təhqiqatı “Rosqvardiya”nın Şərq dairəsi üzrə komandanı, general İqor Qrudnov nəzarətinə götürüb.

Mövzu ilə əlaqədar oxuyun:

Dünya çempionunu öldürən azərbaycanlı federal axtarışa verilib – VİDEO

Dünya çempionunu öldürən azərbaycanlı tutulub – FOTO - VİDEO - YENİLƏNİB

Dünya çempionunu öldürən azərbaycanlının saxlanılması üçün mükafat təyin edilib

S.Xankişiyeva

Paylaş:
848

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər